“Rusiya uzun illərdir ki, qazın satılmasına dollarla deyil, başqa bir valyuta ilə nəzarət edən OPEK üzrə dünya qaz konsorsiumunu təşkil etməyə çalışır”.
Bu açıqlama ilə rusiyalı analitik-jurnalist Maksim Şevçenko çıxış edib.
O, Qarabağdakı savaşın Avropa üçün təhlükə olduğunu bildirib:
“Cənubi Qafqaz bu sxemdə vacib rol oynayır. Belə ki, Cənubi Qafqaz Xəzərdən və Orta Asiyadan Avropa İttifaqına olan enerji resursların tranzit koridorudur. Cənubi Qafqazdakı müharibə, Dağlıq Qarabağla Azərbaycan arasında olan konfliktin ağırlaşması Avropanın enerji kommunikasiyası üçün birbaşa təhlükədir. Bakı-Ceyhan, Bakı-Batumi, Bakı-Poti əsas açardır. Dağlıq Qarabağdakı münaqişə Rusiya və onun müttəfiqi Ermənistan üçün Avropanı xəbərdar etmək yoludur. Bununla demək istəyir ki, sən enerji blokadasına düşə bilərsən. Rusiya göstərdi ki, onun təzyiq rıçaqları var. Amerikadan qaz tranziti və digər variantlarla bağlı bütün söhbətlərin hamısı gələcəklə bağlı olduğuna görə Avropa Rusiya ilə hesablaşmalı olacaq”./axar/