11 Mart 2018 17:44
2 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ rəhbərliyi Yaxın Şərqdə nüvə gücü olmaq istəyən Riyada milyardlarla dollarlıq reaktor satmağa hazırlaşır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İsrail isə İrana qarşı dəstəklədiyi Səudiyyənin bu gücə sahib olmasına qarşı çıxmaq niyyətində deyil. Tel-Əviv rəhbərliyi Səudiyyənin uranın zənginləşdirilməsi üçün addım atmayacağı yönündə ər-Riyad rəhbərliyindən vəd almaq istəyir.

Bildirilib ki, bazarlıqla bağlı ABŞ Prezidenti Donald Tramp da məlumatlandırılıb. Tramp isə ABŞ-ın bu təklifi rədd edəcəyi təqdirdə Fransa və Rusiyanın Səudiyyəyə reaktorlar satacağına əmin olduğu üçün layihəni təsdiqləyib. O, bu məsələni ötən həftə İsrail Baş naziri Benyamin Netanyahu ilə də müzakirə edib.

Razılaşmaya əsasən, ABŞ gələn il Səudiyyəyə 2 ədəd reaktor satacaq.


Müəllif: Samir

Oxşar xəbərlər