Ukrayna Radasının deputatı Nadejda Savçenkonun ittihamı bəlli olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Ali Radada terror aktı törətməkdə ittiham olunur.
Bu səbəbdən Savçenko Ukrayna Ali Radasının təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsindən uzaqlaşdırılıb. Bununla bağlı keçirilən səsvermə zamanı layihəyə 261 deputat dəstək verib. Bəzi deputatlar Savçenkonun mandatının ləğvini və həbsini tələb ediblər.
Qeyd edək ki, bu gün səhər saatlarında Savçenko Ukrayna Baş Prokurorluğunda dindirilib.