24 Mart 2018 00:42
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, tərəflər ikili əlaqələri və regional məsələləri müzakirə ediblər.

Ərdoğan Afrində keçirilən hərbi əməliyyatlar barədə həmkarını məlumatlandırıb. Həmçinin o. Avropada bu əməliyyatlarla bağlı səslənən tənqidi fikirlərlə bağlı narazılığını Makrona çatdırıb.

Ərdoğan Aralıq dənizində hidrokarbon yataqlarınının istismarı ilə bağlı Türkiyənin Şimali Kipr Cümhuriyyətinin hüquqlarını sona qədər müdafiə edəcəyini bildirib.


Müəllif: Ayxan

Oxşar xəbərlər