25 Mart 2018 10:09
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ müasir tarixinin ən təhlükəli anları ilə üz-üzədir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq diplomatı, analitik Riçard Haas Tvitter hesabında yazıb.

Xarici məsələlər üzrə ABŞ prezidentinin müşaviri olmuş Riçard Haasın sözlərinə görə, Donald Tramp hazırda 3 cəbhədə döyüşür - siyasi baxımdan xüsusi prokuror Bob Müllerlə (Donald Tramp komandasının Rusiya ilə gizli əlaqələrini araşdıran xüsusi prokuror-red.), iqtisadi müstəvidə Çin və digər ticarət tərəfdaşları ilə, nəhayət, İran və Şimali Koreya ilə...

Riçard Haas hesab edir ki, bunlar müasir Amerika tarixinin ən təhlükəli məqamlarıdır: "Bu mərhələyə özümüz gəlib çıxmışıq, hansısa hadisə bizi bura atmayıb".


Müəllif: Mahir

Oxşar xəbərlər