Şimali Koreyanın Xarici İşlər naziri aprelin ortalarında Rusiyaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb.
Moskvaya səfər zamanı Rusiya-Şimali Koreya münasibətləri, Pxenyan ətrafında yaranan son durumun müzakirə ediləcəyi gözlənilir.
Xatırladaq ki, son dövrlər Vaşinqton-Pxenyan arasında diplomatik təmaslar aparılır. Hətta may ayında Şimali Koreya və ABŞ liderlərinin görüşünün razılaşdırıldığı da qeyd edilir. Bu kontekstdə Şimali Koreya Xarici İşlər nazirinin Moskva səfəri maraq doğurur.