ABŞ Prezidenti Donald Tramp ilk ticarət sazişini imzalamağa hazırlaşır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Cənubi Koreya ilə danışıqların nəticə verdiyini açıqlayıb.
Trampın sözlərinə görə, 2012-ci ildə Cənubi Koreya ilə imzalanmış anlaşmaya dəyişiklər edilməsi ilə bağlı prinsipial razılaşma əldə edilib.
ABŞ prezidentinin adının açıqlamasını istəməyən nümayəndəsi yeni razılaşmada Cənubi Koreyaya ixrac edilən Amerika avtomobillərinin sayının 25 mindən 50 minə çatdırılmasının nəzərdə tutulduğunu deyib.
Razılaşma 20 il qüvvədə qalacaq.