29 Mart 2018 01:05
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşıq dalğaları ilə internetin yayılması hal-hazırda aktual olan və təkminləşdirilən bir texnologiyadır.

Teleqraf.com "Technote"yə istinadən xəbər verir ki, “Layt Faydlitı” və ya “Lay-Fay” adlanan bu texnologiya qlobal şəkildə “Filips” şirkəti tərəfindən istifadə edilməyə başlayıb.

Şirkətin “Lay-Fay” sistemi armaturlarla əlaqəli bir sistem olub, LED lampaların bu armaturları istifadə edərək işıq spektrumu vasitəsilə yüksək həcmli məlumat ötürməsini təmin etməyə əsaslanır. Alınan işıq isə cihaza bağlanan USB çevirici vasitəsilə internetə çevriləcək.

Məlumata görə, “Lay-Fay” vasitəsilə 1 saniyədə 224 Gb həcmində məlumat ötürmək mümkündür. Bu texnologiyanın digər bir üstünlüyü işığın parlaqlığı artdıqca ötürmə sürətinin də artmasıdır. Qısaca izah etsək, siz 1 saniyədə 20 film və ya 10-15 arası böyük həcmli AAA tipli oyunları endirə bilərsiz.

“Lay-Fay” texnologiyasının “Vay-Fay”dən digər üstünlüyü odur ki, Vay-Fay dalğalarının problem olduğu ərazilərdə “Lay-Fay” problemsiz işləyir və dalğaların gedib çata bilməyəcəyi yerləri asanlıqla internetlə təmin etmək mümkün olur.

LED lampalar vasitəsilə yayılan internet, dalğalar vasitəsilə yayılan internetdən daha təhlükəsizdir. Belə ki, “Vay-Fay” istifadə edərkən dalğalar kənar yerlərə də gedib çatır. Bu zaman ətrafdakı insanlar “Vay-Fay” şifrənizi qıraraq internetinizdən istifadə edə bilirlər. Amma “Lay-Fay” texnologiyasında işıqlar divarları keçib başqa ərazilərə yayıla bilmədiyi üçün kənardan müdaxilə etmək olmur və bu da daha təhlükəsiz internet deməkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər