31 Mart 2018 18:59
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk polisi Ortaköydə 2 ay öncə bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən hadisəylə bağlı əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, saxlanılan 12 nəfərdən 9-u həbs edilib.

Məlumata görə, “Ərəb mafiyası” kimi tanınan dəstənin daha bir cinayət əməli aşkarlanıb. İlyarım öncə iş adamı Yaşar Tekmanlını 700 min lirə borca görə qaçıraraq öldürən şəxsin həbs edilənlər arasında olduğu bildirilir.

Qeyd edək ki, yanvarın 24-də “Ərəb mafiyası” adlanan dəstənin üzvləri İstanbuldakı gecə klublarından birini atəşə tutmuşdu. Açılan atəş nəticəsində 2 nəfər ölmüş, iki nəfər yaralanmışdı.


Müəllif: Cabbar

Oxşar xəbərlər