İsrail ordusunun sözçüsü Avicay Adraee Səudiyyə Ərəbistanından olan din alimi Salih bin Fevezan el-Fevezanın "Etirazlar və nümayişlər müsəlmanlar üçün deyil" ifadəsinə əsaslanaraq fələstinliləri "Torpaq günü" münasibətilə "Böyük Qayıdış" aksiyasından imtina etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, Quran əayələrindən sitat gətirən İsrail ordusunun sözçüsü Həması qadın və uşaqları qığına sürüklədiyini bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının müftisi Əbdulaziz Əl Şeyx də daha öncə Əqsa məscidilə bağlı İsrailə qarşı mübarizə aparmağın caiz olmadığını deyib. O, Həmasın terror təşkilatı olduğunu bildirib.