BMT Türkiyədə məskunlaşansuriyalı qaçqınlarla bağlı yeni 2 illik plan hazırlayıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı BMT-nin ərzaq və kənd təsərrüfatı məsələləri üzrə ali nümayəndələrindən biri məlumat verib. Onun sözlərinə görə, plan bu gün BMT tərəfindən Türkiyəyə təqdim ediləcək:
“Yeni plan suriyalı qaçqınların ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasını, yaşam üçün vəsaitlərin artırılmasını və həyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutur.
Proqramla suriyalı qaçqınlar Türkiyəyə kənd təsərrüfatı sahəsinə yardımçı olacaqlar.
2017-2018-ci illərdə irəli sürülən proqramlar yalnız BMT-nin Qaçqınlarla iş üzrə agentliyi və Yaponiya tərəfindən maliyyələşdirilib. Bu dəfəki layihəyə isə daha çox donorlar tələb edilir. Ümumilikdə planın icrası üçün 95 milyon dollar vəsait lazımdır”.
Qeyd edək ki, hazırda Türkiyədə 3,5 milyondan çox suriyalı miqrant var