ABŞ-ın Suriya əməliyyatından sonra Putin dərin nəfəs aldı.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın adını açıqlamayan rəsmisi "Nyu York Tayms" qəzetinə deyib.
Qəzetə danışan ABŞ rəsmisi iddia edib ki, Vaşinqton liderliyində Fransa və İngiltərənin əməliyyatından sonra Rusiya rahat nəfə almağa başlayıb.
Diplomat deyib ki, xüsusilə, əməliyyatın həyata keçirildiyi ərazilər və zərbənin mərkəzi Moskvanın bu durumdan razı qaldığını deməyə əsas verir.
Adətən Prezident Putin bu cür mövzular haqqında hadisədən bir neçə gün sonra danışmağa üstünlük verirdi. Mütəxəssislər deyirlər ki, Putinin Suriyanın bombalanmasına ani reaksiya verməsi maraqlıdır.
Mütəxəssis Aleksey Makarkin deyib ki, Rusiyanın Aralıq dənizinə çıxış nöqtəsi olan Suriyada öz maraqları var:
"Üçlüyün havadan zərbə endirdiyi bölgələr isə Rusiyanın maraqlı olduğu bölgələr deyil. Sözsüz ki, bu zərbələrdən Rusiya narahatdır, fəqət bu yeni "soyuq müharibənin" bir göstəricisidir. Amma Rusiya üçün sanksiyalar daha ciddi problemdir".