Türkiyəli məşhur iş adamının dəfn mərasimində işçiləri “haqqımızı halal etmirik” deyə qışqırıblar.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, keçmiş Karabük Dəmir Çəlik Fabrikinin (KARDƏMİR) İdarə Heyətinin sədri və iş adamı Mutullah Yolbulanın dəfn mərasimində halallıq istənən əsnada əvvəllər işdən çıxarılmış bir qrup işçi haqlarını halal etmədiklərini bildiriblər.
Bu vaxt iş adamının yaxınları ilə işçilər arasında qısa müddətli qalmaqal yaşanıb. Daha sonra ara sakitləşib və cənazə mərasimi başa çatıb.
İki gün öncə müalicə olunduğu xəstəxanada dünyasını dəyişən 88 yaşlı Yolbulanın tabutu türk bayrağına sarılmış vəziyyətdə torpağa verilib.