26 Aprel 2014 23:23
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Global Firepower” saytı hər il olduğu kimi bu il də dünyanın ən güclü orduları siyahısını paylaşıb.

11 ölkənin yer aldı siyahıda Türkiyə Silahlı Qüvvələrinin də adı var. Siyahıda kadr gücü, ölkənin ümumi iqtisadi gücü və strateji qaynaqlara yaxınlığı kimi bir çox amillər nəzərə alınıb. Sıralama aşağıdakı kimidir:

1. ABŞ

ABŞ-ın müdafiə büdcəsi 612 milyard dollar səviyyəsindədir. Dünyadakı bütün digər ordulardan daha çox döyüş təyyarəsi olan ABŞ elektromaqnit güclə çalışan uzaqmənzilli silahlar kimi son texnologiyalara sərmayə qoyur. ABŞ-ın əlindəki ən böyük şərti üstünlük isə donanmasındakı təyyarə daşıyan gəmilərdir. ABŞ donanması tək başına 19 təyyarə daşıyan gəmiyə sahibdir, halbuki dünyadakı digər bütün ölkələrin ümumi təyyarə daşıyan gəmi sayı 12-dir.

2. Rusiya

Kremlin müdafiə xərclərinin önümüzdəki üç ildə 44% artması gözlənilir. Rusiyanın müdafiə büdcəsi 76 milyard dollar səviyyəsindədir. 766 min aktiv kadrı olan Rusiya ordusunun 2 milyon 485 min ehtiyat kadrı var. Ölkənin qarşılaşdığı ən böyük müdafiə problemi isə gün keçdikcə köhnələn tanklarıdır.

3. Çin

Çinin müdafiə xərcləri bir ildə 12% artmış vəziyyətdədir. Çin ordusunun 2 milyon 285 min aktiv kadrı var. Ehtiyatların sayı isə 2 milyon 300 mindir. Çin müdafiəyə 126 milyard dollar xərcləyir.

4. Hindistan

Hindistan dünyanın ən böyük hərbi sursat idxalatçısıdır. Ölkənin müdafiə xərcləri 46 milyard dollar ətrafındadır. Hindistanın əlində Pakistan və Çini vura biləcək mənzilə sahib ballistik raketlər var.

5. İngiltərə

İngiltərə 2018-ci ildə qədər silahlı qüvvələrinin miqyasını 20% azaltmağı planlaşdırır. Ölkənin müdafiə xərcləri 54 milyard dollara çatır. İngiltərə 40 təyyarə tutumlu yeni bir təyyarə daşıyan gəmisini 2020-ji ildə istifadəyə verməyi planlaşdırır.

6. Fransa

Son olaraq Mərkəzi Afrika Respublikası, Mali və Liviyadakı hərbi əməliyyatlarda önə çıxan Fransa müdafiəyə ildə 43 milyard dollar xərcləyir. Ölkə illik milli gəlirinin 2%-ni silahlanmaya xərcləyir.

7. Almaniya

İkinji Dünya müharibəsindən sonra döyüş əleyhdarı olan Almaniyanın yalnız müdafiəyə istiqamətli bir ordu qurmasına icazə verilmişdi. Yuqoslaviyanın dağılmasından sonra daha təsirli bir rol oynamağa başlayan Almaniya ordusunun illik xərcləri 45 milyard dollar səviyyəsindədir. Almaniyanın toplam 183 min əsgəri var.

8. Türkiyə

Türkiyənin hərbi xərclərinin 2014-cü ildə 9,4% artması gözlənilir. Beynəlxalq sülh əməliyyatlarında rol oynayan Türkiyənin müdafiə büdcəsi 18,2 milyard dollardır.

9. Cənubi Koreya

Şimal qonşusunun üzündən davamlı olaraq müdafiə xərclərinin artıran ölkənin müdafiə büdcəsi 34 milyard dollardır. Ölkədəki hərbi kadrların sayı 640 mindir. Ehtiyat kadr sayı isə 2 milyon 900 mindir.

10. Yaponiya

Yaponiya 11 il fasilədən sonra ilk dəfə müdafiə xərclərini artırıb. 247 min kadrı olan Yaponiya silahlı qüvvələrinin ümumi xərcləri 49 milyard dollardır.

11. İsrail

2009-ci ildə silahlanmaya büdcəsinin 18%-ini xərcləyən İsrailin xərclərinin çoxu "Dəmir Qübbə" kimi müdafiə sistemlərinə gedir. İsrailin müdafiə xərcləri təxminən 15 milyard dollardır. /anspress/


Müəllif:

Oxşar xəbərlər