Moskvada baş verən güclü qasırğa nəticəsində 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin Tvitterdə bildirib.
Ölənlərdən biri azyaşlı qızdır. Həkimlər onun həyatını xilas edə bilməyib.
Xəsarət alan 17 nəfərdən 14-ü xəstəxanaya yerləşdirilib. İki nəfərin vəziyyəti ağırdır. Yaralananlar arasında da 3 uşaq var.