Bu gün səhər saatlarında müxalifət lideri Nikol Paşinyanla baş nazir Serj Sarkisyan arasında görüş baş tutub.
Teleqraf.com xəbər verir ki, görüş zamanı tərəflər arasında ümumi razılıq əldə edilməyib.
Serj Sərkisyan müxalifət liderini aksiyaları dayandırmağa çağırıb.
Müxalifət lideri isə baş naziri istefa verməyə dəvət edib.
Razılıq əldə edilmədiyi üçün Sərkisyan mətbuat konfransını tərk edib.