"Bizim Ermənistandakı proseslərlə bağlı mövqeyimiz ondan ibarətdir ki, bu ölkəyə kimin rəhbərlik edəcəyinə dair qərar daxildə qəbul olunmalı və tərəfləri razı salmalıdır".
Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Ermənistan xalqı qərar verməlidir, ölkəyə hansı qüvvələr rəhbərlik edəcək və hansı siyasi kursu yürüdəcək", deyə XİN sözçüsü bildirib.