Qəfil ölümü ilə hər kəsi şoka salan dünyaşöhrətli aktyor Robin Uilyams haqqında sosial şəbəkələrdə paylaşılan saysız-hesabsız mesajların ardı-arası kəsilmir
ABŞ prezidenti Barak Obama da kino aləmini sarsıdan bu xəbərlə bağlı fikirlərini yazıb:
“Robin Uilyams - bir pilot, həkim, dahi, dayə - hər şey... Tayı-bərabəri olmayan biri…”.
Qeyd edək ki, Amerikanın bir sıra siyasi idarə və xadimləri də aktyorun ölümünə biganə qalmayıblar.
Müdafiə Nazirliyi “Əsgərlərimizin əsl dostu və dəstəkçisi Robin Uilyamsın ölümü ilə əlaqədar başsağlığı veririk”,
ABŞ Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi “Dünya böyük bir dahini, San-Fransisko isə sadiq dostunu itirdi”, deyə təəssüratlarını bölüşüb.
Axşam.az