Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İnin görüş yeri və vaxtı dəqiqləşib.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” diplomatik mənbələrə istinadla məlumat verib.
Görüşün sentyabrın 11-13-ü arası Vladivastokda keçiriləcək Şərq İqtisadi Forumu zamanı baş tutacağı gözlənilir.
Agentlik qeyd edir ki, başqa görüş variantları da müzakirə olunur.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov iki lider arasında görüşlə bağlı danışıqların getdiyini demişdi.