4 İyun 2018 18:32
1 969
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Litvada hərbi təlimlərə başlayıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, 19 ölkənin Silahlı Qüvvələrinin iştirak etdiyi təlimlərə 18 min hərbçi qatılıb.

“Qılınc zərbəsi” (“Saber strike”) adlandırılan təlimlərin Rusiyanın Baltikyanı dövlətlər və Polşaya qarşı artan təhdidlərinə qarşı hazırlıq məqsədi daşıyır.

Manevrlərin həmçinin NATO-ya üzv olan ölkələr arasında Rusiyaya qarşı hərbi əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb.

Təlimlər iyunun 15-dək davam edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər