Tehranın düşmənin hücumlarına cavabı on qat sərt olacaq.
Teleqraf.com xəbər verir ki, bu bəyanatla İranın ali dini lideri Ayətullah Əli Xamenei çıxış edib.
“Biz düşmənin hər bir raketinə on raketlə cavab verəcəyik”, -deyə Xamenei bildirib.
Ayətullah İslam İnqilabının banisi İmam Xomeyninin vəfatının 29-cu ildönümü münasibətilə Tehranda çıxış edib. O, İranın nüvə texnologiyası sahəsində əldə etdiyi nailiyyətlərin qürur gətirdiyini bildirib, müxtəlif növ raketlərin istehsalını və raket ümumilikdə raket potensialını ölkənin təhlükəsizliyinin qarantı adlandırıb. Əlavə edib ki, İran bu tip silahların istehsalını davam etdirməlidir.