Yunanıstana qaçmış 8 türk hərbçi həbsdən azad edilib.
Teleqraf.com xener verir ki, hərbçilər məhkəmə olmadan saxlanma müddətinin başa çatması ilə əlaqədar azadlığa buraxılıb.
Qeyd edək ki, 8 türk hərbçinin olduğu helikopter Yunanıstan HHQ-nin nəzarəti altında 2016-cı ilin iyul ayının 16-da Dedeaqaç hava limanında enib.
Xatırladaq ki, 2016-cı il iyunun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd edilib. Dövlət çevrilişi baş tutmasa da, həmin hadisələrdə 255 nəfər həlak olub, iki mindən artıq insan yaralanıb.