ABŞ-da leysan yağışlara görə yaranan daşqın nəticəsində küçələr keçilməz çaylara çevrilib.
Bəzi küçələr və avtomagistrallar tamamən suyun altında qalıb. Su axınları minik avtomobillərini aparır, daşqınların öhdəsindən gəlmək yük nəqliyyatına da müyəssər olmur.
Leysan yağışlara görə Merilend, Miçiqan və Arizona ştatları əzab çəkir.
Yerli medianın qeyd etdiyi kimi, Detroyt şəhərində iki yüzillik ərzində belə leysanlar olmayıb. Daşqın nəticəsində artıq həlak olmuş insanların olduğu haqda məlumatlar var./anspress/