12 İyun 2018 22:54
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp ilə Kanadanın baş naziri Justin Trudeau mübahisə davam edir.

Teleqraf.com xəbər verir ki, Tramp Sinqapurda keçirdiyi mətbuat konfransında jurnalistin uyğun sualına cavab olaraq "Düşünürəm ki, Justin Trudeau dərsini aldı", deyə bildirib.

Tramp əlavə edib ki, Justin Trudeau Kanadada onun mətbuat konfransını izləyəcəyini ağlına gətirməyib: "Elə bilirdi ki, təyyarədə olacam. Başa düşdü ki, onun bu davranışı Kanada xalqına baha başa gələcək".

Qeyd edək ki, Justin Trudeau Kanadada keçirdiyi mətbuat konfransında ölkəsinin ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi gömrük siyasətinə qarşı biganə qalmayacağını, adekvat addımlar atılacağını qeyd edib.

Bu açıqamadan sonra Tramp G-7 Zirvə toplantısında qəbul edilən sənədə imza atmaqdan imtina edib.


Müəllif: Teleqraf.com