Əfqanıstanın Nanqarhar vilayətində təhlükəsizlik orqanları əməkdaşlarının "Taliban" qruplaşmasının üzvləri ilə görüşü zamanı törədilən partlayış zamanı ölənlərin sayı 26 nəfərə çatıb.
Bu barədə "Tolo News" məlumat yayıb.
Məlumatda bildirilir ki, terror aktı zamanı yaralananların da sayı 50 nəfəri ötüb. Partlayışı "talibançı"larla Əfqanıstanın təhlükəsizlik qüvvələrinin görüşünə gəlmiş kamikadze törədib.
Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.