2007-ci ildə yayımlanmış “Asi” serialı ilə məşhurlaşan Tuba Büyüküstün və Murat Yıldırım 11 il sonra yeni bir layihə üçün yenidən bir araya gələcək.
Teleqraf.com xəbər verir ki, Yaxın Şərqdə geniş izləyici kütləsi olan məşhur ikilinin yeni serial təklifinə Murat Yıldırım hə cavabı verib.
Tuba Büyüküstünün serial təklifinə yox cavabı verəcəyi halda Murat Yıldırımın Beren Saat və Cansu Dərə ilə işləyəcəyi bildirilib.
Asi serialı, Yaxın Şərq ölkələri ilə yanaşı Qazaxıstan, Bolqarıstan, Makedoniya, Özbəkistan, Kosovo, Azərbaycan, Rumıniya, Albaniya, Xorvatiya, Ukrayna, Yaxın və Balkan ölkələrində yayımlanıb.