14 Avqust 2014 16:20
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna qanlı xaosa və qırğına sürüklənib”.

Bu sözləri Rusiya prezidenti Vladimir Putin Yaltada Dövlət Dumasının üzvləri və nazirlərin qarşısında çıxış edərkən deyib. O, Ukraynanın şərqində iri miqyaslı humanitar faciə yaşandığını söyləyib: “Böyük bəladır”.

V. Putin baş verənləri diqqətlə izlədiklərini və bu münaqişənin tezliklə həll olunması, Ukraynada qan tökülməsinin qarşısının alınması üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

/APA/


Müəllif: