Türkiyənin məşhur aktyoru Murad Soydan ciddi problemlə üzləşib.
Teleqraf.com-un məlumatına görə, omba sümüyü sınan 77 yaşlı sənətçinin əməliyyat olunacağı bildirilir.
Şənbə günü aktyor evində dincələrkən yatağından yıxılıb. Sənətçinin həyat yoldaşı Gül Soydan hadisədən danışıb: “Onu tez xəstəxanaya apardıq. Qan durulducu dərman qəbul etdiyinə görə əməliyyata icazə verilmədi. Bir-iki gün sonra əməliyyat mümkündür”.
Bir çox seriallara və 221 filmə çəkilmiş Murad Soydan bir vaxtlar Türkiyə Kinematoqrafçılar Dərnəyinin sədri olub.