Türkiyənin məşhur televiziya aparıcısı Acun Ilıcalı ilə Şeyma Subaşının 4 yaşlı qızı Melisanın dərs davamiyyəti diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Melisa özəl məktəbə yazılsa da, bir il ərzində cəmi 10 dəfə dərsdə iştirak edib.
Yayılan xəbərlərə görə, tez-tez səyahət çıxan Şeyma Subaşı Melisadan ayrı qala bilmir. Buna görə də qızını məktəbə göndərmir.
Acun Ilıcalının 3-cü həyat yoldaşı olan Şeyma Subaşı qızını məktəbə göndərmədiyi halda 50 min lirəlik ödənişi boşuna sərf etdiyi deyilir.