21 İyun 2018 08:18
1 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində avtobus sürücüsü sükanın arxasında gözlənilmədən huşunu itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Global Times” nəşri məlumat yayıb.

İnsident Çjezyan əyalətinin Vençjou şəhərində qeydə alınıb.

Avtobusa quraşdırılmış kamera sürücünün huşunu itirdiyini və sükanı sağa döndərdiyini lentə alıb. Bir neçə saniyədən sonra isə onun köməyinə 2 kişi gəlir. Onlardan biri sürücünün yerinə keçərək sükanı tutur, digəri isə sürücüyə yardım etməyə çalışır.

Hadisə baş verən zaman avtobusda 30 sərnişin olub. Onların heç biri xəsarət almayıb. Sürücü isə insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.


Müəllif: Ruslan