20 İyun 2018 20:50
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın MSNBC kanalının aparıcısı Rachel Maddou prezident Donald Trampın qərarına uyğun olaraq Texasda ailələrindən zorla alınaraq qaçqın düşərgəsinə aparılan azyaşlılarla bağlı xəbəri oxuyarkən göz yaşlarına hakim ola bilməyib.

Aparıcı daha sonra Tvitterdə tamaşaçılardan üzr istəsə də, izləyiciləri xanım Maddounu dəstəkləyib.

Rachel Maddou efirdə səsləndirdiyi xəbər belə idi.

"Tramp administrasiyasının nümayəndələri valideynlərindən zorla alınan uşaqları Cənubi Texasda azı 3 qaçqın düşərgəsinə göndərir".


Müəllif: Ruslan

Oxşar xəbərlər