25 İyun 2018 22:25
1 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Armavir rayonunun Arşalyus kəndində keçirilən etiraz aksiyaları 4-cü gündür davam edir.

Teleqraf.com xəbər verir ki, İrəvan – Armavir yolunu bağlayan etirazçılar kənd bələdiyyəsinin sədri Zarzand Qriqoryanın istefasını tələb edirlər.

Qeyd edək ki, Zarzand Qriqoryan bir neçə gün əvvəl həbs edilmiş müdafiə nazirinin keçmiş müavini, general Manvel Qriqoryanın qardaşı oğludur.

Etirazçılar onun bu posta Manvel Qriqoryan tərəfindən qeyri-qanuni yollarla, rüşvətlə təyin edildiyini iddia edilər.

Kəndliləri dinləməkdən imtina edən Zarzand Qriqoryan isə onları aksiyanı silah gücünə dağıtmaqla təhdid edib. Kəndlilər bələdiyyə sədrinin Manvel Qriqoryanın silah-rusat cəbbəxanasının bir hissəsini kənddə gizlədiyini iddia edirlər:

“O, bizi silahla təhdid edir. Zarzandın Manvellə açıq əlaqələrinin olduğunu hamı bilir. Manvel də hansısa səbəbdən tez-tez kəndə gəlirdi. İnsanların evlərinə girib talanla məşğul olurdular. Neçə insanı silah gücünə qorxudub torpaqlarını əllərindən alıblar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər