İngiltərənin Asiya-Sakit okean bölgəsi üzrə naziri Mark Field Myanma ordusunun müsəlmanlara qarşı həyata keçirdiyi əməliyyatlara etiraz edib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, ingilis diplomat Myanma hökumətinə müraciət edərək, əməliyyatları dayandırmağa çağırıb.
Field Avropa İttifaqının Myanmanın yüksək rütbəli şəxsləri və hərbçilərinə sanksiya tətbiq etməsini doğru qərar adlandırıb, bu məsələdə İngiltərənin xüsusi rol oynadığını diqqətə çatdırıb: “İngiltərə bu sanksiyaların tətbiq edilməsinə xüsusi səy göstərdi. Bunun üçün Avropa İttifaqı ilə işbirliyinə girdik”.
Nazir qeyd edib ki, bu sanksiyalar Myanma və ordusuna edilmiş xəbərdarlıqdır:
“Bu, Myanmaya mesajdır. Beynəlxalq ictimaiyyət sizi izləyir. Müsəlmanlara edilən zülmləri bilirik və bununla bağlı qərar verəcəyik. Myanma ordusu müşahidə altındadır. Sanksiyların daha da sərtləşdirilməsi istisna deyil”.