2 İyul 2018 09:48
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikada prezident seçkilərində 48 faiz səslə solçu namizəd Andres Manuel Lopez Obrador qələbə qazanıb.

Teleqraf.com xəbər verir ki, 130 milyona yaxın vətəndaşı olan Meksikada 89 milyon seçici var. Seçicilərin 62 faizi səsvermədə iştirak edib.

Meksika Mərkəzi Seçki Komissiyası elan edib ki, səsvermədə solçu lider 48 faiz səs toplayıb. MSK-nın açıqlamasında qeyd edilib ki, səs faizlərinin dəyişməsi gözlənilmir.

Beləcə solçu lider ilk dəfə Meksikanın dövlət başçısı vəzifəsinə seçilib.

Andres Manuel Lopez Obradorun rəqibləri Rikardo Anaya Kortez 27, Jose Antonio Meade 17, Jaime Kalderon isə 6 faiz səs toplayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər