PKK terror təşkilatı bayram üçün vətənlərinə gedən 17 ailəni telefonlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkili olduğu üçün qaçırıb.
Teleqraf.com xəbər verir ki, suriyalılar Tel Abyat, Mənbiç və Rakkaya geri dönərkən PKK-nın işgəncələrinə məruz qalıblar.
Suriyalıları qaçıranlar arasında Əsədə yaxın "Sebbihalar" qruplaşması da var.
25 yaşlı suriyalı qaçqın Rima bildirib ki, PKK üzvləri bacısının sosial şəbəkədəki hesabını araşdırıblar. Bacısı Ərdoğanın fotosunu paylaşdığı üçün digər ailə üzvlərilə birlikdə həbs edilib.