9 İyul 2018 00:04
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 18 mindən çox dövlət qulluqçusu işdən kənarlaşdırılıb.

Teleqraf.com "Reuters"ə istinadən xəbər verir ki, onlar ölkənin “milli təhlükəsizliyinə” qarşı fəaliyyət göstərən qrupla əlbir olmaqda şübhəli bilinirlər.

İyulun 8-də dərc olunan fərmanla 3 qəzet və 1 televiziya kanalı da daxil olmaqla 12 assosiasiya bağlanıb.

Təkcə baş təhlükəsizlik idarəsindən 9 min nəfər çıxarılıb. Həmçinin elmi institutlarının 199 əməkdaşı işdən kənarlaşdırılıb.

Bu addım ölkədəki mövcud fövqəladə vəziyyət rejiminin bu ay aradan qaldırılmasının mümkünlüyü fonunda baş verir.

Fövqəladə vəziyyət rejimi 2016-cı ildə dövlət çevrilişi cəhdindən sonra tətbiq edilib.

İşdən çıxarılanlar dövlət məmurları üçün nəzərdə tutulan imtiyazlarından məhrum edilir və bundan sonra dövlət qurumlarında çalışa bilməzlər.

Türkiyə hökuməti 2016-cı ildə baş verən çevriliş cəhdinin arxasında ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin durduğunu iddia edir.

Gülən bu ittihamı rədd edir.

Çevriliş cəhdindən sonra dövlət məmurları, jurnalistlər, müəllimlər və hərbçilər də daxil olmaqla ölkədə 10 minlərlə adam saxlanıb və ya həbs edilib.

Bununla yanaşı 10 minlərlə insan işdən kənarlaşdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər