15 Avqust 2014 23:09
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi ölkələri İŞİD-in təhdidi altında yaşayan İraq kürdlərini silahlandıracaq.

ANS PRESS-in məlumatına görə, Avropa İttifaqı ölkələrinin xarici siyasət idarələrinin rəhbərlərinin bu gün Brusseldə keçirilən iclasında Şimali İraqda yaşayan kürdlərin silahlandırılması istiqamətində razılıq əldə edilib.

Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond İraqda baş verən hadisələrdən narahat olduğunu və ölkəsinin kürdləri silahlandırılması tələbini qiymətləndirəcəyi barədə açıqlama verib.

İŞİD-in İraq üçün böyük təhlükə olduğunu bildirən Britaniya rəsmisi İraqda formalaşdırılan yeni hökümətin bütün qrupların maraqları əsasında fəaliyyət göstərməsinin vacib olduğunu bildirib.

Bu arada məlum oldub ki, Fransa İraqa göndərəcəyi humanitar yardımın həcmini artıracağını açıqlayıb.

Fransa prezidenti Fransua Ollandın iraqlı həmkarı Fuad Masum arasında telefon danışığı olub. Fransa prezidenti danışıq zamanı bölgədə İŞİD-ə qarşı vuruşan kürdlərə humanitar yardımın artırılacağını bildirib.


Müəllif:

Oxşar xəbərlər