20 İyul 2018 14:26
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin köməkçisi Rosmari Di Karlo ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, İrəvanda baş tutan görüşdə Ermənistan – BMT əməkdaşlığı müzakirə edilib.

Görüşdə eyni zamanda, Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi müzakirə edilib.

Mnatsakanyan BMT rəsmisinə bir neçə gün əvvəl Belçikada (Brüssel) Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla baş tutan görüş barədə məlumat verib.

Erməni diplomat görüşün səmərəli keçdiyini bildirərək, yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsinin həll prosesi ilə əlaqədar daha böyük məsafənin qət edilə biləcəyini Di Karlonun diqqətinə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu