Bütün dövlətləri İsrailə qarşı hərəkətə keçməyə dəvət edirəm.
Teleqraf.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında söyləyib.
Ərdoğan İsrailin dövlətin yəhudi xarakterli olması barədə qəbul etdiyi qanuna da münasibət bildirib:
“Bu qanun İsrailin dünyada ən sionist, ən faşist, ən irqçi dövlət olduğuna heç bir şübhə yeri qoymur. İslam dünyasını, xristian aləmini, dünyanın bütün demokratik və müstəqil dövlətlərini, beynəlxalq qurumları, ictimai təşkilatlasrı, media nümayəndələrini İsrailə qarşı hərəkətə keçməyə çağırıram ".
Türkiyə Prezidenti bundan başqa “Hitlerin ruhu İsrailin bəzi idarəçiləri arasında yenidən xortlayıb”, - deyə vurğulayıb.