İraqın cənubunda xalqı yenidən küçələrə çıxıb.
Teleqraf.com xəbər verir ki, İraqda işsizlik, korrupsiya və pis idarəçiliyə etiraz olaraq 9 iyuldan başlayan etirazlar bu gün davam etdirilib.
Zikar şəhərində yerli icra nümayəndəsi və məclis başqanının istefasını tələb edən əhali hökumət əleyhinə şüarlar səsləndiriblər.
İraqın cənubundakı tayfa başçıları vətəndaşların tələblərinin yerinə yetirilməsi üçün hökumətə bir həftə vaxt vermişdi.
Etirazlar zamanı həbs edilən 105 nəfərdən 97-si sərbəst buraxılıb.
Polislə toqquşma zamanı 14 nəfər ölüb və 742 nəfər yaralanıb.