26 İyul 2018 15:35
1 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın 102-ci hərbi bazasının Ermənistandakı mövcudluğu milli maraqlarımıza cavab verir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın “Exo Moskvı” radiostansiyasına müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, Ermənistan – Türkiyə sərhədlərini Rusiya qoşunları mühafizə edir: “Bu, Ermənistan üçün çox vacibdir, çünki bizim Silahlı Qüvvələrimiz bu öhdəlikdən azaddırlar. Bu məsuliyyət bizim üçün ağırdır”.

Ermənistan Baş naziri 102-ci bazanın ölkə ərazilərindən çıxarılması məsələsinə də toxunub. O, bununla bağlı səsləndirdiyi fikirlərin təhrif olunduğunu iddia edib:

“Təəssüf ki, mənim fikirlərim rusiyalı siyasətçilər tərəfindən səhv başa düşüldü. Çünki 102-ci hərbi baza Ermənistan Respublikasının təhlükəsizlik sisteminin mühüm tərkib hissəsidir. Müqavilələr var və bu sənədlər çərçivəsində həmin hərbi bazanın xüsusi öhdəlikləri mövcuddur. Bu, mənim fikirlərimə və ya digər hökumət nümayəndələrinə bağlı olan məsələ deyil, bu, Ermənistanın milli maraqları məsələsidir”.

Qeyd edək ki, Nikol Paşinyan 102-ci bazanın vergiyə cəlb edilməsi ilə bağlı Rusiyaya müraciət ünvanlamışdı. Müdafiə naziri Davit Tonoyan isə bazanın ölkədən çıxarılması məsələsinə baxacaqlarını və bunu Paşinyanla müzakirə etdiyini demişdi.

İyulun 24-də Rusiya Prezidenti Vladimir Putin telefon görüşündə Ermənistan baş naziri ilə bu məsələ ətrafında geniş müzakirə aparmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər