İndoneziyanın Lombok adasında 6,4 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Channel NewsAsia” telekanalı məlumat yayıb.
Kanalın xəbərinə əsasən, yeraltı təkanlar nəticəsində 9 nəfər ölüb, daha 20 nəfər isə xəsarət alıb.
Bundan əvvəl ölənlərin 3 nəfər olduğu bildirilirdi.