Dünən Belqradda vəkil Draqoslav Oğnjanovic güllələnib.
Teleqraf.com xəbər verir ki, Draqoslav Oğnjanovic vaxtilə Serbiya diktatoru və sonradan hərbi cinayətlərdə ittiham olunan Slobodan Miloşeviçin vəkili olub.
Rəsmi Belqrad vəkilin öldürülməsindən sonra açıqlama yayıb.
“Bu, bütün vəkillərə edilən hücumdur. Vəkilə sui-qəsd təşkil edənlərin tapılması üçün əlimizdən gələn hər şeyi edəcəyik”,- açıqlamada qeyd olunub.
Qeyd edək ki, hücum zamanı vəkilin özü öldürülüb, yanında olan 26 yaşlı oğlu isə yaralanıb.
Xatırladaq ki, vəkil Draqoslav Oğnjanovic Serbiya və Montoneqroda mafiya davaları zamanı da vəkil olaraq fəaliyyət göstərib.