3 Avqust 2018 17:42
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı sərhədçilər Çukot dənizi yaxınlığındakı Lavrentiya kəndində Alyaska sahillərindən qayıqla Rusiyaya gələn ABŞ vətəndaşını saxlayıblar.

Teleqraf.com xəbər verir ki, çağrılmamış qonaq rusiyadan siyasi sığnacaq istəyib.

Sərhədi qeyri-leqal yolla keçən əcnəbi bildirib ki, o, Alyaska sahillərində balıqçılıq və ovçuluqla məşğuldur. Qəfildən ABŞ-dan Çinə keçmək qərarına gəlib, ancaq Rusiyaya keçib.

Situasiyadan xəbərdar olan mənbə isə bildirib ki, amerikalı sonda şəxsiyyətini təsdiq etmək üçün sürücülük vəsiqəsini göstərib və sığınacaq xahişi edib.

Əcnəbi daha ətraflı araşdırmanın aparılması üçün Anadır şəhərinə aparılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər