3 Avqust 2018 20:40
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Maliyyə Nazirliyi Şimali Koreyaya qarşı məhdudlaşdırıcı tədbirlər çərçivəsində Rusiyanın “Aqrosoyuz” bankına qarşı sanksiyalar tətbiq edib.

Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, həmin bank Ş.Koreya ilə maliyyə dövriyyəsində iştirak etdiyi üçün sanksiyaya məruz qalıb.

Sanksiyalar siyahısında Şimali Koreya vətəndaşı Von Conq, Çin şirkəti “Dandonq Zhonqşenq” və Şimali Koreyanın “Unqum Korporasiyası” da yer alıb.

Yeni sanksiyanın Rusiya siyasətçilərinə və iş adamlarına ciddi təsir edəcəyi bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər