4 Avqust 2018 21:59
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naməlum şəxslər Meksikanın şimalındakı Çiuaua ştatının Sudad-Xuares şəhərində bir mənzilə daxil olaraq 11 nəfəri qətlə yetiriblər.

Teleqraf.com-un məlumatına görə, öldürülənlərin ikisi qadındır. Polisdən bildirilib ki, ölürülənlər üzərində işgəncə izləri tapılıb.

Qeyd olunur ki, Çiuaua ərazisində bir neçə cinayətkar qruplaşma var. Onlar ABŞ-a narkotik çatdırılması üstündə bir-birləri ilə mübarizə aparırlar.

Bir neçə il əvvəl Sudad-Xuares dünyanın ən kriminal şəhəri kimi tanınmışdı. Burda il ərzində 3,1 min nəfər qətlə yetirilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər