Güney Azərbaycandan olan milli-mədəni fəal Məhəmməd Hadi Abbaszadə sərbəst buraxılıb.
Teleqraf.com xəbər verir ki, azərbaycanlı tələbə İran Daxili İşlər Nazirliyinin Xoy şəhər İdarəsində dindirilib.
O, İran hakimiyyətinə qarşı təbliğat aparmaqda və separatçı fəaliyyətdə ittiham edilir. Dindirilmə zamanı Hadi Abbaszadəyə gizli əməkdaşlıq təklif edilib. Lakin o, bu təklifdən imtina edib.
Tələbə 300 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.
Qeyd edək ki, Məhəmməd Hadi Abbaszadə 2016-cı ildə “Tərh-i Nov” nəşriyyatının Azərbaycan türklərini təhqir etməsinə qarşı Xoyda keçirilmiş etirazlarda tutularaq həbs edilmişdi.
M.H.Abbaszadə 1993-cü ildə Xoy şəhərində doğulub. O “Pəyam Nur” Universitetinin tələbəsidir.