7 Avqust 2018 11:34
2 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatının Şimali İraq və türkmənlərin kompakt yaşadıqları Kərkük bölgəsindəki elektrik xətlərinə qarşı sabotajına görə bölgədə 18 saat elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Teleqraf.com xəbər verir ki, Kərkük Elektrik Paylaşdırıcı İdarəsinin rəhbəri Yalçın Mehdi terror təşkilatının hər gün bölgədəki elektrik xətlərini sabotaj etdiyini açıqlayıb.

O, Kərküklə yanaşı, Diyalə, Səlahəddin və Mosul arasındakı xətlərin də hədəf alındığını bildirib.

Buna görə də, türkmənlərin yaşadıqları bölgələrdə elektrik enerjisinin verilməsində 18 saatlıq fasilə yaranıb.

Qeyd edək ki, son 1 ayda türkmənlər və azərbaycanlıların kompakt yaşadıqları Kərkükdə elektrik enerjisinin verilməsində tez-tez fasilələr yaranır.

Türkmən Cəbhəsi bəyanat yayaraq, İraq mərkəzi hökumətini İŞİD, PKK və YPG kimi kürd terror təşkilatlarının bu təxribatlarına son qoymağa çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər