Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əlaqəsi olduğu iddia olunan rus qadının 10 ildən çoxdur ki, ABŞ-ın Moskva səfirliyində işlədiyi ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Moskva səfirliyində işləyən qadının Rusiyanın xeyrinə casusluq etdiyi bildirilir.
"Qardian" qəzetinin xəbərinə görə, qadın səfirlikdə ABŞ kəşfiyyatının qeydlərinə çıxış əldə edə bilib.
İddiaya görə, Xarici İşlər Nazirliyinin araşdırmaçısı tərəfindən həyata keçirilən təhlükəsizlik nəzarətindən sonra rus qadının 2016-cı ildə FTX əməkdaşları ilə müntəzəm görüşdüyü ortaya çıxıb.
Kəşfiyyat xidməti bu mövzuda geniş araşdırma aparmadan qadın səfirlikdən ayrılıb.
Kəşfiyyat xidməti rus qadının işdən getməsini gizli saxlayıb.