9 Avqust 2018 12:27
2 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqazda vəziyyət çox mürəkkəbdir və yaxın gələcəkdə Qarabağda silahlı qarşıdurma baş verə bilər.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə rusiyalı hərbi ekspert Pavel Felqenhauer çıxış edib.

“Bu münaqişənin Gürcüstana təsir edəcəyi qaçılmazdır. Çünki Gürcüstan Rusiyanın quru yolla Ermənistana ünsiyyət qura biləcəyi yeganə ölkədir”, - deyə ekspert qeyd edib.

Pavel Felqenhauer Rusiyanın Ermənistanla münasibətlərinin gərgin olduğuna da diqqət çəkib:

“Moskva və İrəvan arasındakı münasibətlər gərgindir. Buna görə də Rusiyanın Baş naziri Dmitri Medvedyev açıq formada dedi ki, NATO-nun Gürücüstan və Ermənistana doğru irəliləməsi müharibəyə səbəb ola bilər.

Hesab edirəm ki, o, Dağlıq Qarabağ münaqişəsini nəzərdə tutub. Şübhəsiz ki, bu vəziyyətdə Qarabağ müharibə üçün əsas poliqon rolunu oynayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər